...

Azərbaycan ərazisi vasitəsilə İrana tranzit trafiki ikiqat artıb

Telekommunikasiya Materials 17 Fevral 2010 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir H.Vəliyev/

Rusiyanın "Rostelekom" ASC operatorunun Azərbaycanın birinci provayderi olan Delta Telekom şirkətinin şəbəkə infrastrukturu vasitəsilə İrana tranzit trafiki ikiqat - 2,5 Gbit/s-dək artırılıb. Bunu Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərli çərşənbə günü Trend -a deyib.

Onun sözlərinə görə, Delta Telekom magistral şəbəkəsi vasitəsilə tranzit trafikinin artırılması bu yaxınlarda Rusiya operatoru tərəfindən trafikin Azərbaycan istiqamətində buraxılış gücünün 10 Gbit/s-dək artırılmasından sonra mümkün olub.

Hazırda səkkiz 10 Gbit-lik səbəkənin biri tamamilə dolub. Bununla əlaqədar, ikinci 10 Gbit-lik şəbəkənin qoşulması üzrə işlər görülür.

Delta Telekom və Rostelekom arasında əlaqə DWDM texnologiyası əsasında həyata keçirilir.

Trafik tranziti Rostelekom və İranın Telecommunication Infrastructure Company şirkəti arasında beynəlxalq rəqəmli kanalların icarəsi üzrə ikitərəfli xidmətlərin göstərilməsi haqqında imzalanmış sazişə əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti