Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir Q.Vəliyev/
Bakı şəhəri ATS-lərinin tam elektronlaşdırılması bu ilin sonlarında gözlənilir. Bu barədə cümə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda "Bakı telefon rabitəsi" İstehsalat Birliyi tərəfindən 432 saylı ATS-in yenidən qurulması üzrə işlər başa çatdırılır. ATS-in Novruz bayramında istifadəyə veriləcəyi gözlənilir. Birinci yarımilin sonlarında 471, 472 və 473 saylı ATS-lərin elektronlaşdırılması üzrə işlərin başa çatdırılması gözlənilir.
Paytaxtın telekommunikasiya şəbəkəsinin elektronlaşdırılması üzrə işlərin həlledici mərhələsi 438, 439, 494 və 495 saylı ATS-lər üzrə yenidənqurma işləri olmalıdır. Bundan sonra paytaxt ATS-lərinin elektronlaşdırılmasının səviyyəsi 100 faizə çatacaq. ATS-in yenidən qurulması NGN yeni nəsil şəbəkə bazasında həyata keçirilir.