...

Azərbaycan İpoteka Fondu optik kabel xəttinin çəkilməsi və internetə qoşulmaq üçün təkliflər sorğusu elan edir

Telekommunikasiya Materials 1 Aprel 2010 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir H.Vəliyev/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) fondun kompüter şəbəkəsinin internet şəbəkəsinə qoşulması və fondun inzibati binasına və Sumqayıt şəhərində yerləşən rezerv mərkəzinə optik lif kabel xəttinin çəkilməsi üzrə təkliflər sorğusu elan edir. Bu barədə fondun məlumatında bildirilir.

Fondun təkliflər sorğusunda iştirakın dəyəri 50 manat təşkil edir. Sorğuda iştirak üçün sənədlər 8 aprel saat 18:00-a kimi qəbul olunur. İştirakçıların təklifləri 19 aprel saat 18:00-a kimi qəbul olunur. İştirakçıların təkliflərinin açılması aprelin 20-də saat 15:00-da AİF-in inzibati binasında olacaq.

Xəbər lenti

Xəbər lenti