...

Azərbaycanın poçt rabitəsi operatoru maliyyə xidmətləri göstərmək üçün lisenziya alıb

Telekommunikasiya Materials 17 Aprel 2010 14:47 (UTC +04:00)
Azərbaycanın poçt rabitəsi operatoru - "Azərpoct" MMC əhaliyə maliyyə xidmətləri göstərmək üçün Mərkəzi Bankın lisenziyasını alıb. Bunu Trend-ə şənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru - "Azərpoct" MMC əhaliyə maliyyə xidmətləri göstərmək üçün Mərkəzi Bankın lisenziyasını alıb. Bunu Trend-ə şənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, bu gün operator əhaliyə maliyyə xidmətləri göstərmək üçün bütün hüquqlara malikdir. Gələcəkdə Azərbaycan Mərkəzi Bankı "Azərpoçt"un poçt şöbələrinin texniki hazırlığı ilə əlaqədar daha geniş maliyyə xidmətlərinin göstərilməsinə icazə verəcək.

Hazırda "Azərpoçt" tərəfindən müvafiq texniki avadanlığın alınması üçün tenderlər keçirilib və müqavilələr imzalanıb. Operatorun poçt şöbələrində lazımi kompüter, şəbəkə avadanlığı və ofis periferiyasının təchizatçısı "Polygon Eurasia Limited" şirkətidir. Şirkət ötən ilin dekabrında "Azərpoçt"un elan etdiyi tenderin qalibi olub.

Məmmədovun bundan əvvəl dediklərinə görə, ən qısa müddətdə texniki təchizat başa çatdıqdan sonra, operatorun avtomatlaşdırılmış korporativ-informasiya sisteminə bütün poçt rabitəsi şöbələri qoşula bilər.

Bank maliyyə xidmətlərinin göstərilməsi "Azərpoçt"da yaradılan avtomatlaşdırılmış korporativ-informasiya sistemi sayəsində mümkün olacaq. Hazırda bu sistem istismar təcrübəsinə hazırdır. "Azərpoçt"un avtomatlaşdırılmış sisteminə 200-dən çox poçt rabitəsi şöbəsi qoşulub.

İlkin mərhələdə poçt şöbələri məhdudlaşdırılmış bank əməliyyatları təqdim edəcəklər; onlara kassa əməliyyatlarının aparılması, pulköçürmələri, müştəri hesablarının açılması və s. daxildir. Uzunmüddətli perspektivdə əhaliyə kreditlərin verilməsi də nəzərdə tutulur.

Azərpoçt MMC-nin fəaliyyətinin prudensial tənzimlənməsi və maliyyə xidmətlərinin göstərilməsi üzrə lisenziyanın verilməsi qaydalarına görə, poçt operatoru üçün minimal nizamnamə kapitalı 20 milyon manat məbləğındə (bu, ölkədə bankların kapitallaşmasına olan minimal tələbdən iki dəfə çoxdur), gündəlik ani likvidlik əmsalı 50 faiz nəzərdə tutulub. Açıq valyuta mövqeyinə minimal tələblər aşağıdakılardır - ayrı-ayrılıqda hər SKV üzrə beş faiz, qapalı valyuta mövqeyi üzrə - üç faiz, SKV üzrə ümumi aylıq mövqe 10 faiz və qapalı valyuta üzrə ümumi aylıq mövqe 7 faiz.

Milli poçt operatoru tərəfindən göstərilən maliyyə xidmətləri üzrə prudensial hesabatlılıq AMB-yə gələn ayın 10-dan gec olmayaraq təqdim olunmalıdır. İllik hesabatlar gələn il yanvarın 15-dən gec olmayaraq, müstəqil auditor hesabatı və təsdiqlənmiş illik balans və mənfəət və zərər üzrə hesabatlılıq mayın birindən gec olmayaraq təqdim olunmalıdır.

Azərbaycanın bank bazarına daxil olmaqla "Azərpoçt" bank bazarının oyunçularına ciddi rəqabət təşkil edəcək. Bu gün Azərbaycanın bank sektorunda 47 bank fəaliyyət göstərir. Onların filial şəbəkəsi 626 bankı birləşdirir. Halbuki "Azərpoçt"un poçt şöbələrinin sayı 1600-ü keçir (onlardan 340-ı şəhərlərdə, rayon mərkəzlərində və qəsəbələrdə, qalanları isə kənd yerlərində əhaliyə xidmət göstərir).

Aprelin 17-nə rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti