...

Azerfon-Vodafone-un yeni açılmış Park Bulvar ticarət mərkəzində Satış və Xidmət Mərkəzi fəaliyyət göstərir

Telekommunikasiya Materials 8 İyun 2010 18:28 (UTC +04:00)
Abunəçilərin sayının durmadan artmasını nəzərə alaraq, Azerfon-Vodafone sayca yeddinci Satış və Xidmət Mərkəzini açır.
Azerfon-Vodafone-un yeni açılmış Park Bulvar ticarət mərkəzində Satış və Xidmət Mərkəzi fəaliyyət göstərir

Аzərbaycan, Bakı, 8 iyun /Trend/

Abunəçilərin sayının durmadan artmasını nəzərə alaraq, Azerfon-Vodafone sayca yeddinci Satış və Xidmət Mərkəzini açır. Bu barədə Azerfon-un məlumatında deyilir.

Yeddinci Azerfon-Vodafone Satış və Xidmət Mərkəzinin açılışı Bakı şəhərində yeni açılmış Park Bulvar ticarət mərkəzində keçirilib. Bu Mərkəzdə abunəçilər Azerfon-Vodafone şəbəkəsinə qoşulmaq, yüksək səviyyəli müştəri xidmətlərindən yararlanmaq omkanı və ya təqdim olunan geniş çeşidli xidmətlər və tarif planları haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Yalnız Azerfon-Vodafone istifadəçiləri videozəng, verilənlərin yüksək sürətlə ötürülməsi, təkmilləşdirilmiş səs keyfiyyəti, habelə genişləndirilmiş əhatə dairəsi kimi 3G xidmətlərindən bəhrələnə biləcək ilk Azərbaycan abunəçiləridir.

Azerfon-Vodafone brendi altında təqdim olunan xidmətlər 077 prefiksi ilə təqdim olunur. Vodafone şirkəti ilə tərəfdaşlıq Azerfon-a Vodafone-un bir sıra qabaqcıl məhsul və xidmətlərini Azərbaycan istifadəçilərinə təqdim etməyə, həmçinin 3G xidmətlərinin bütün üstünlüklərində bəhrələnməyə imkan verir.

Hazırda Azerfon-Vodafone mərkəzləri Bakı, Gəncə və Naxçıvan şəhərlərində fəaliyyət göstərir. Abunəçilərin rahatlığını təmin etmək məqsədilə yeni Azerfon-Vodafone mərkəzləri Azərbaycanın digər şəhərlərində də açılacaq. 3G şəbəkəsi Azərbaycanın böyük şəhərlərində - Sumqayıt, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Şəmkir və Abşeron yarımadasında təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti