...

Sumqayıtda "Gənc informatiklər" müsabiqəsi iştirakçılarının mükafatlandırılma mərasimi keçiriləcək

Telekommunikasiya Materials 18 İyun 2010 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir H.Vəliyev/

"Gənc informatiklər" müsabiqəsi iştirakçılarının mükafatlandırılma mərasimi keçiriləcək, - Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.

İcra hakimiyyəti tərəfindən təşkil olunan müsabiqə informasiya texnologiyaları sahəsində layihə üzrə ali, orta və ümumtəhsil məktəbliləri arasında keçirilir.

Tədbirə təşkilati dəstəyi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Aztelekom" İstehsalat Birliyi, HP, "Microsoft", "BestComp Group" və "Qafqaz" universiteti göstərirlər.

Qaliblərə "rəqəmsal dünya"nı simvollaşdıran heykəlciklər, fəxri fərmanlar, sertifikatlar və digər qiymətli hədiyyələr təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti