...

Bakcell Bakıda Botanika bağı ərazisində şəbəkəsində kənar maneələr hiss edir

Telekommunikasiya Materials 22 İyun 2010 19:48 (UTC +04:00)
Azərbaycanın mobil operatoru Bakcell kənar faktorlarla bağlı şəbəkəsində yaranan maneələrə görə Bakıda Botanika bağı yaxınlığında yaşayan abonentlərindən üzr istəyir.
Bakcell Bakıda Botanika bağı ərazisində şəbəkəsində kənar maneələr hiss edir

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycanın mobil operatoru Bakcell kənar faktorlarla bağlı şəbəkəsində yaranan maneələrə görə Bakıda Botanika bağı yaxınlığında yaşayan abonentlərindən üzr istəyir. Hazırda baş verənlərin səbəbi öyrənilir və Bakcell əmindir ki, iyulun 1-dən gec olmayaraq bütün problemlər aradan qaldırılacaq.

Bakcell yaranan narahatlığa görə abonentlərindən üzr istəyir. Abonentlər suallar yaranan zaman Bakcell-in 555 informasiya mərkəzi ilə telefonla əlaqə saxlaya bilərlər.

Xəbər lenti

Xəbər lenti