Аzərbaycan, Bakı, 30 iyun /Trend/
Cari ilin sentyabr ayında Azərbaycan dövlət poçt rabitəsi operatoru şöbəsi əhaliyə maliyyə bank xidmətlərinin göstərilməsinə başlayacaq, - çərşənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, ilin sonunda poçt şöbələri və filiallarının əksəriyyəti bank xidmətinə başlayacaq.
Hal-hazırda "Azərpoçt" şöbəsi avtomatlaşdırılmış korporativ-informasiya sisteminə qoşulub. Həmçinin, rabitə operatoru maliyyə xidmətlərinin göstərilməsində Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.
İlkin mərhələdə poçt şöbələri məhdud bank əməliyyatları göstərəcək ki, bunlara kassa əməliyyatları, pul köçürmələrinin aparılması, müştəri hesablarının açılması və s. aiddir. Uzunmüddətli perspektivdə əhaliyə kreditlərin verilməsi nəzərdə tutulub.
Azərbaycanın bank bazarında "Azərpoçt" rəqibləri ilə güclü rəqabət imkanlarına malikdir. Bu gün Azərbaycanın bank bazarında 47 bank fəaliyyət göstərir, onların filiallarınn sayı 500-ü, "Azərpoçt"un poçt şöbələrinin sayı isə 1600-ü keçir.