...

Azərbaycanda İKT sektorundan gəlirin həcmi son 6 ildə 4,4 dəfə artıb – Əli Abbasov

Telekommunikasiya Materials 18 Avqust 2010 18:48 (UTC +04:00)
Azərbaycanda informasiya-kommunikasiya sektorundan əldə edilən gəlirin həcmi son altı ildə 4,4 dəfə artıb. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet-resursunda qeyd olunan müsahibəsində deyib.
Azərbaycanda İKT sektorundan gəlirin həcmi son 6 ildə 4,4 dəfə artıb – Əli Abbasov

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Q.Vəliyev/

Azərbaycanda informasiya-kommunikasiya sektorundan əldə edilən gəlirin həcmi son altı ildə 4,4 dəfə artıb. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet-resursunda qeyd olunan müsahibəsində deyib.

Nazirin sözlərinə görə, 2008-ci ildə ölkə ÜDM-sində İKT-nin gəlir payı 1,6 faiz təşkil etdiyi halda, 2009-cu ildə bu göstərici iki faizə çatıb.

Ümumilikdə, 2008-ci ildə İKT-nin respublikanın qeyri-neft sektorunda payı 4,2 faizdən 4,4 faizədək artıb.

Nazirliyin son məlumatlarına görə, İKT sektorunun ÜDM-də əldə etdiyi gəlirin həcmi ilin birinci yarısının yekunlarına görə üç faiz təşkil edib.

Nazirin sözlərinə görə, İKT infrastrukturunun inkişafı üzrə atılan müsbət addımlar nəticəsində, bu sektor dəfələrlə genişləndirilib. Yerli istehlakçılar müasir texnologiyalar bazası əsasında xidmətlərdən istifadə edə bilirlər, İT sektorunda məşğul olan sahibkarlar isə ölkədən kənarda öz bizneslərini genişləndirməyə başlayıblar.

Xəbər lenti

Xəbər lenti