...

Azərbaycanın "KÜR" zavodu rəqəmsal televiziya üçün "DVB-T" dekoderini təqdim edib

Telekommunikasiya Materials 19 Avqust 2010 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Q.Vəliyev/

"KÜR" kompüter avadanlığı istehsalçısı zavodu Azərbaycan bazarında rəqəmsal televiziya üçün "Prestije" brendi altında DVB-T dekoderini təqdim edib. Bu barədə Trend-ə cümə axşamı "KÜR"dən bildiriblər.

Bugünədək zavodda sınaq rejimində 50 ədəd dekoder buraxılıb. Qurğuların kütləvi istehsala buraxılması bazarın tələbatı qiymətləndirildikdən sonra gözlənilir.

Dekoder 75 manat təşkil edir.

Zavodda avadanlığın kütləvi istehsalı onun dəyərini xeyli azaltmağa və geniş əhali təbəqəsini əldə etməsinə daha da imkan verəcək.

"Prestije" dekoderinin "MPEG-2" və "MPEG-4" standartları var.

Sınaq tədqiqatları, yerli yerüstü rəqəmsal və peyk televiziya yayımının nəticələri əsasında bütün layihələrdə buna qədər üstünlük "MPEG-2" standartına əsaslanan DVB-T (Digital Video Broadcasting - Terrestrial) sisteminə verilib. Lakin xarici ölkələrdə rəqəmsal televiziyanın tətbiqi ilə bağlı təcrübə ilə tanışlıqdan sonra, videogörüntünün sıxılmış "MPEG-4" standartına keçilməsi ilə bağlı qərar qəbul edilib, çünki "MPEG-2" standartı köhnəlib.

Azərbaycanda rəqamsal teleyayımın inkişafı nazirliyin qarşısına qoyulmuş prioritet vəzifələrdən biridir. Nazirlik yaxın vaxtlarda bütün respublikaboyu rəqəmsal yayımı həyata keçirmək niyyətindədir. Azərbaycanda rəqəmsal TV-yə keçid müvafiq standartın saxlanılması ilə analoji siqnalın rəqəmsalla dəyişdirilməsini nəzərdə tutur. ITU (International Telecommunication Union) bütün ölkələrə 2015-ci ilədək rəqəmsal televiziyaya keçməyi həvalə edib. Azərbaycan Nazirlər Kabinetinə təqdim edilən tədbirlər planına əsasən, 2012-ci ildə Azərbaycanda rəqəmsal televiziyaya tam keçilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti