...

Ramazan ayı ərəfəsində "NarMobile" Lənkəranda yerləşən uşaq evində iftar süfrəsi açıb

Telekommunikasiya Materials 20 Avqust 2010 17:37 (UTC +04:00)
Azərbaycanın 15 regionunda keçirilən "Doğma Diyar" konsert turu çərçivəsində "NarMobile" Lənkəran şəhərində yerləşən uşaq evində iftar süfrəsi açıb.
Ramazan ayı ərəfəsində "NarMobile" Lənkəranda yerləşən uşaq evində iftar süfrəsi açıb

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Azərbaycanın 15 regionunda keçirilən "Doğma Diyar" konsert turu çərçivəsində "NarMobile" Lənkəran şəhərində yerləşən uşaq evində iftar süfrəsi açıb.

Şirkət tərəfindən təşkil olunmuş iftar süfrəsində uşaq evindən 40 uşaq iştirak etmişdir. Bu sosial layihə Azərbaycanın bir sıra regionlarında keçiriləcək.

Hal-hazırda "NarMobile" şəbəkəsi Azərbaycanın 80%-dək ərazisini əhatə edir. Keyfiyyətli rabitə xidməti və rahat tarif planları ilə "NarMobile" Azərbaycanın bölgələrində arzuolunan operator sayılır. Məhz buna görə, korporativ sosial məsulliyəti çərçivəsində "NarMobile" bölgələrdə yaşayan uşaqlara xüsusi qayğı ilə yanaşır.

Sosial layihələri ilə seçilən "NarMobile" ölkəmizin gələcəyi olan uşaqları hər zaman diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir. Sosial müdafiəyə ehtiyacı olan uşaqları dəstəkləmək, ümumiyyətlə, "Azerfon" MMC-nin sosial sərmayə siyasətinin tərkib hissəsidir və bu siyasət bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti