...

Azərbaycana daxil olan trafikin həcmi 3 Gbit/s-dən çox artıb

Telekommunikasiya Materials 23 Avqust 2010 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilk provayderi "Delta Telecom" şirkəti Azərbaycana daxil olan trafikin həcmini 3 Gbit/s-dən çox artıraraq 35 Gbit/s-ə çatdırıb. Bu barədə Trend-ə bazar ertəsi şirkətin texniki direktoru Rahid Ələkbərli deyib.

"Delta Telecom" sistemi Stokholmdakı dünyanın ən böyük internet-trafik mübadiləsi nöqtəsi ilə birbaşa birləşib ki, bu da "Delta Telecom"un Azərbaycan operatorları üçün İP-trafikin xidmətlərindən istifadə üzrə effektiv operator kimi statusunu möhkəmlədir.

"Delta Telecom" şirkətinin trafiki İran, Rusiya və Türkiyə əraziləri vasitəsilə optik xətlər üzrə daxil olur. DWDM (Dense Wavelength Division Multiplexing) nəqliyyat texnologiyasından istifadə etməklə respublika daxilində məlumatların ötürülmə sürəti 40 Gbit/s-ə çatıb.

Hazırda "Delta Telecom" şirkətinin magistral şəbəkədə məlumatların aktual ötürülmə sürəti AzNet seqmentinin real tələbatlarını dəfələrlə ötür. "Delta Telecom" şəbəkəsində məlumatların ötürülməsinin real sürəti bir saniyədə 33 DVD daşıyıcısının tam tutumundakı informasiyaya bərabərdir.

Yüksək sürətli şəbəkə infrastrukturunun olması "Delta Telecom"a qonşu ölkələrlə trafik axınını relizə etməyə imakn verir. Trafikin müəyyən hissəsi Özbəkistan və Türkmənistana satılır.

"Delta Telecom"un şəbəkə infrastrukturu Rusiya və İranın telekommunikasiya infrastrukturlarının birləşdirilməsi ilə tranzit rolunu oynayır. Trafikin tranzitinə kanalın buraxılış qabiliyyətinin 10 faizindən (1,25 Gbit/s) çoxu cəlb edilib. Ümumilikdə "Delta Telecom" şirkətinin infrastrukturu buraxılış qabiliyyətini 10 Gbit/s-dək genişləndirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti