...

"Emerson" şirkəti Azərbaycanda texnologiyaların və proqram təminatlarının satışına başlayır

Telekommunikasiya Materials 24 Avqust 2010 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir H.Vəliyev/

"CSI Emerson Process Management" şirkəti Azərbaycanda texnologiyaların və proqram təminatlarının satışına başlayır. Bu barədə şirkətin məlumatında deyilir.

Həllərin tədarükçüsü Rusiyanın "Baltex" şirkəti təyin edilib. Bu şirkət "Emerson"la vibrasiya və sürtülmələrin analizi də daxil olmaqla, termoqrafiya və respublika ərazisində mexanizmlərin vəziyyətinin idarə edilməsinin proqram təminatı da daxil olmaqla, CSI texnologiyalarının satışı üzrə distribüter sazişi imzalayıb.

"Baltex" şirkəti Rusiyada və MDB-də "CSI Emerson Process Management" şirkətinin texnologiyaları və proqram təminatı sahəsində satış və xidmətlərin göstərilməsi üzrə yeni agenti qismində seçilib.

İmzalanmış distribüter sazişi həm Azərbaycan, həm də Rusiya, Belarus, Ukrayna və Qazaxıstan üçün də ekzklüzivdir.

Azərbaycanda "Emerson Process Management" ARDNŞ Neft Şirkəti və bp şirkəti ilə əməkdaşlıq edir. "Emerson" avqustun əvvəllərində respublikanın neft-qaz sənayesi sahəsindəki istehsal proseslərindəki naqilsiz həllərin tətbiqi planlarını elan edib. Proseslərin monitorinqi üçün naqilsiz şəbəkələrdən istifadə daha səmərəli idarəetmə üçün məlumatın toplanması keyfiyyətini artırmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti