...

"NarMobile"ın sponsorluğu ilə keçirilən "Doğma Diyar" konsert turu Yevlaxa çatdı (FOTO)

Telekommunikasiya Materials 25 Avqust 2010 13:29 (UTC +04:00)
"NarMobile"ın sponsorluğu ilə keçirilən "Doğma diyar" ölkə üzrə konsert turu çərçivəsində pop-ulduzlar Röya və Zamiq açıq havada avqustun 24-də Yevlax şəhərində konsert proqramı ilə çıxış ediblər.
"NarMobile"ın sponsorluğu ilə keçirilən "Doğma Diyar" konsert turu Yevlaxa çatdı (FOTO)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

"NarMobile"ın sponsorluğu ilə keçirilən "Doğma diyar" ölkə üzrə konsert turu çərçivəsində pop-ulduzlar Röya və Zamiq açıq havada avqustun 24-də Yevlax şəhərində konsert proqramı ilə çıxış ediblər. Konsertdə minlərlə "NarMobile" abunəçisi iştirak edib.

Konsert turu 12 iyul tarixində Qubada başlamış və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Şirvan şəhərlərində keçirilib. Azərbaycanın 15 bölgəsində keçirilən "Doğma diyar" konsert turunun "NarMobile" tərəfindən sponsorluğu bu brendin ölkə ərazisində abunəçilərinə ən uyğun qiymətlər və keyfiyyətli xidmətlər təqdim edən mobil operatoru kimi populyarlığına işarə edir. Tur çərçivəsində 15 şəhərin sakinləri məşhur müğənnilər Röya və Zamiqin ifasında gözəl müsiqidən zövq alacaqlar. Bundan başqa, konsertlərdə iştirak edən sakinlər "NarMobile"dan bir çox bonus qazanmaq imkanı və yeni kampaniyalar haqqında məlumat əldə edirlər. Belə ki, "NarMobile" abunəçiləri kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə, şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 mb internet-trafik əldə edə bilərlər. Konsert zamanı SMS-viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən abunəçilər mobil telefonları qazanmaq şansını əldə edirlər.

"NarMobile"ın sponsorluğu ilə "Doğma Diyar" layihəsi "Ulduz Production"ın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti