Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Dünən yeni "Azercell-Ekspress" ofisinin açılışı baş tutub. "Azercell" abonentlərinə hərtərəfli xidmət göstərəcək bu yeni ofis Yusif Səfərov küç. - 9/16 ünvanında (yeni inşa edilmiş Ali Məhkəmənin yaxınlığında) yerləşir.
"Azercell-Ekspress" ofislərində abonentlər eyni yerdə 3 müxtəlif xidmətdən yararlana bilirlər. Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Qeyd edək ki, "one stop shopping" adlanan bu konsepsiya təkcə Azərbaycanda deyil, ümumiyyətlə, regionda ilk olaraq "Azercell" tərəfindən təqdim olunub.
Abonentlərin rahatlığını və operativ xidmət almasını təmin edən bu ofislərin sayı artmaqdadır. Hazırda Bakıda 11, bölgələr üzrə 17 "Azercell-Ekspress" ofisi fəaliyyət göstərir. Bununla yanaşı, paytaxtda 4, regionlarda isə 7 "Müştəri Xidmətləri Mərkəzi" fəaliyyətdədir. Ümumilikdə, bu il ərzində Qazax və Göyçayda, həmçinin, Bakının Yasamal və Səbail rayonlarında yeni ekspres-ofislərin açılışı baş tutub.