...

Azərbaycan dövlət rabitə operatoru Bakının Xəzər rayonunda yaşayış məntəqələrində telefonlaşdırma üzrə işləri tamamlayıb

Telekommunikasiya Materials 27 Sentyabr 2010 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı 27 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri Xəzər rayonunun yaşayış məntəqələrində telefonlaşdırma üzrə işləri başa çatdırıb. Bu barədə bazar ertəsi nazirlikdən verilən məlumatda deyilir.

Operator tərəfindən Türkan və Albalılıq qəsəbələrində yeni elektron ATS-lər quraşdırılıb. Sabit rabitə xidməti göstərmək məqsədilə İB tərəfindən Türkan-Hövsan istiqamətində ATS 454-dən fiber-optik xətt qoyulub ki, bu da Qala və Türkan qəsəbələrinin elektron ATS optik şəbəkələrinə qoşulmağa imkan verib. Bu yaşayış məntəqələrinin ATS-lərinə alternativ rabitə təşkili üçün STM1 avadanlığı quraşdırılıb.

Həmçinin, Zirə-Pirallahı istiqamətində kabel-optik xəttinin çəkilişi planlaşdırılır. Xəzər rayonunun telekommunikasiya qovşağı ərazisində inteqrallaşdırılmış çıxış avadanlıqlarının (IAD - Integrated Access Device) istifadəsi ilə multimedia xidmətləri göstərilir.

Xəbər lenti

Xəbər lenti