...

Azərbaycanda portativ kompüterlərin satış həcmi 20 faiz artıb

Telekommunikasiya Materials 29 Oktyabr 2010 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir H.Vəliyev/

İlin əvvəlindən Azərbaycanda portativ kompüterlərin satış həcmi 20 faiz artıb. Bu barədə cümə axşamı "Ultra" şirkətinin inteqrasiya və biznesin inkişafı üzrə direktoru Məhəmməd Zülfüqarlı bildirib.

Zülfüqarlının sözlərinə görə, Azərbaycanın kompüter bazarında qüvvələr balansı portativ qurğuların xeyrinə dəyişir. Onların satışı stolüstü sistemlərə nisbətdə 50 faiz təşkil edir və bu göstərici sonrakı illərdə yalnız artacaq.

"Pespektivdə stolüstü sistemlər peşəkar istifadəçilər arasında üstünlük qazanacaqlar. Onlar personal kompüter istifadəçilərinin cəmi 10-15 fazini təşkil edəcəklər ", - Zülfüqarlı deyib.

Bu gün "Ultra" şirkəti portativ kompüterlərin yeganə lokal istehsalçısıdır və bu seqmentdə "Nexus" ticarət markası altında təmsil olunur. Kompüterlərin yığılması "barebon" komponentlər və komplektləşdirici bazasında həyata keçirilir.

Əvvəllər dünya satıcıları tərəfdən rəqabətin yüksək olması üzündən Computex və AZEL (NEXT və Lazer ticarət markaları) kimi lokal portativ kompüter istehsalçıları portativ kompüterlərin istehsalı üzrə biznesi azaltmışdılar.

Əvvəllər lokal istehsalçıların mövqelərinin güclü olduğu iri dünya satıcılarının daha ucuz məhsullarının (qiyməti 450 manatdan aşağı olan noutbuklar) büdcəyə daxil olması da az rol oynamadı. Noutbukların yığımı ilə məşğul olan Azərbaycan şirkətlərinə dünya istehsalçıları ilə rəqabət aparmaq xeyli çətinləşdi. Satıcıların daha məşhur brendləri, bazarı əhatə etmək və bahalı marketinq aksiyaları aparmaq üçün daha böyük imkanları var idi.

Bazar iştirakçılarının fikrincə, satış bazarının ələ keçirilməsində mühüm rolu satış kanallarının seçimi oynadı. Dünya istehsalçıları geniş diler şəbəkələrinə malik iri Azərbaycan distribütorlarına ümid etdilər. Texnikadan baş çıxaran alıcılar daha az məşhur olan brendlərə şübhə ilə yanaşdılar ki, bu da müvafiq olaraq dünya şöhrətli brendlərdlə lokal brendlər arasında seçim zamanı vacib rol oynayır.

Xəbər lenti

Xəbər lenti