Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir H.Vəliyev /
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoct" MMC Visa International beynəlxalq ödəniş sisteminə üzvlük sıralarına daxil olmaq üzrə danışıqlar aparır. Bu barədə bazar ertəsi Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Əməkdaşlığının poçt rabitəsi komissiyasının sədri Növruz Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, Visa Internationala üzvlük haqda razılaşma poçt operatoruna beynəlxalq ödəniş kartlarının emissiyasına başlamağa imkan verəcək.
"Ehtimallarımıza görə, bu, əvvəlcə Visa Internationalla razılığın əldə olunmasından sonra, ilin birinci yarısının sonunda baş verə bilər. Bu günədək operator tərəfindən Millikart prossesinq mərkəzi ilə birgə daxili koprorativ səviyyədə artıq iki min plastik kart buraxılıb", -Məmmədov bildirib.
"Azərpoct" MMC əhaliyə maliyyə xidmətləri göstərməyə 2010-cu ilin ortalarından başlayıb. Operatora yeddi maliyyə xidmətindən beşini göstərməyə icazə verilib. Onlara hesabların açılması və idarə olunması, pul köçürmələrini həyata keçirilməsi, debit kartların emissiyası, müştərilərin sifarişi ilə valyutaların alqı-satqı əməliyyatları, nağd və digər qiymətli vəsaitlərin inkassasiyası daxiladir. Bu il daha iki əlavə xidmətin -depozitlərin qəbulu və kredit kartlarını emissiyası - göstərilməsi məsələsinə baxılacaq.
Məmmədovun sözlərinə görə, operator bank xidmətlərini avtomatlaşdırılmış korporativ-informasiya sistemləri vasitəsilə göstərir ki, ona artıq poçt rabitəsinin 712 şöbə və filialı qoşulub. Korporativ sistemə qoşulan poçt rabitəsi şöbələrinin ümumi sayından 125-i paytaxtda yerləşir.
Azərbaycanın bank bazarına daxil olmaqla "Azərpoçt" bank bazarının oyunçularına ciddi rəqabət təşkil edəcək. Bu gün Azərbaycanın bank sektorunda 44 bank fəaliyyət göstərir. Onların filial şəbəkəsi 644 bankı birləşdirir. Halbuki "Azərpoçt"un poçt şöbələrinin sayı 1600-ü keçir.