...

"Azərfon" infrastrukturun təkmilləşdirilməsinə 15 milyon dollar sərmayə yatıracaq

Telekommunikasiya Materials 3 Mart 2011 12:33 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" şirkəti (ticarət markası "Nar Mobile") infrastrukturun təkmilləşdirilməsinə 15 milyon dollar həcmində sərmayə yatırmaq fikrindədir.
"Azərfon" infrastrukturun təkmilləşdirilməsinə 15 milyon dollar sərmayə yatıracaq

Azərbaycan, Bakı, 3 mart / Trend, müxbir E.İsmayılov /

Azərbaycanın mobil rabitə operatoru "Azərfon" şirkəti (ticarət markası "Nar Mobile") infrastrukturun təkmilləşdirilməsinə 15 milyon dollar həcmində sərmayə yatırmaq fikrindədir. Trend-in məlumatın agörə, bu barədə cümə axşamı "Azərfon" MMC-nin baş icraçı direktoru Yurgen Pitz məlumat verib.

Onun sözlərinə görə, bu vəsaitlər siqnalların qəbulunun yaxşılaşdırılması üzrə işlərə yönəldiləcək. Bütün işlərin 2011-ci il ərzində həyata keçiriləcəyi ehtimal olunur.

Şirkətin başçısı bildirib ki, sentyabr-oktyabr aylarınadək rabitə siqnallarının keyfiyyətində xeyli yaxşılaşma nəzərə çarpacaq.

Pitzin sözlərinə görə, investisiyalar yatırmadan və infrastrukturun təkmilləşdirilməsi üzrə işlər görülmədən abonentlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaq mümkün deyil.

Hazırda Azərbaycanda "Azərfon" rabitə şirkətinin əhatə zonası 80 faiz, abunəçilərin sayı isə 1,7 milyon nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti