...

"İntel" Azərbaycanda innovasiya layihələrinin kommersiyalaşdırılması üçün proqrama başlamağı planlaşdırır

Telekommunikasiya Materials 5 Aprel 2011 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir H.Vəliyev/

"İntel" korporasiyası Azərbaycanda "Texnoloji sahibkarlıq- nəzəriyyədən təcrübəyə" proqramına başlamaq üçün birgə yanaşmaları nəzərdən keçirir ki, həmin proqram innovasiya layihələrinin kommersiya buraxılışını reallaşdırmağa imkan verir. Bu barədə çərşənbə axşamı Trend-ə "İntel" korporasiyasının Rusiya və MDB ölkələrindəki mətbuat xidmətinin direktoru Mixail Rıbakov məlumat verib.

Rıbakovun sözlərinə görə, Azərbaycanda işə salınması planlaşdırılan layihə Rusiya və digər ölkələrdə redallaşdırılan layihənin analoqu ola bilər.

Proqramın başlıca məqsədi innovatorların gənc nəsillərinə müasir informasiya texnologiyaları sahəsində biznesin yaradılması üçün vacib olan bilik və vərdişlərin təqdim edilməsidir. Proqram Berklidəki (ABŞ) Kaliforniya Universiteti və "İntel" korporasiyası ilə birgə hazırlanıb və yuxarı kurs tələbələri, aspirantlar və müəllimlər, elmi və texniki mütəxəssislər üçün nəzərdə tutulub.

Proqram çərçivəsində pedaqoqlar üçün texnoloji sahibkarlığın öyrədilməsinin beynəlxalq təcrübəsinin tədrisi ilə bağlı metodiki seminarlar aparılır, universitet tələbələrinin texnoloji sahibkarlıq proqramlarının yaradılması və təsdiqlənməsində təşəbbüslərinin dəstəklənməsi həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti