...

Azərbaycanın Rabitə Nazirliyi poçt rabitəsi sektorunun inkişafı məsələlərinin müzakirəsində iştirak edəcək

Telekommunikasiya Materials 25 Aprel 2011 15:43 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və poçt rabitəsi operatoru "Azərpoçt" MMC poçt rabitəsi sektorunun inkişafı məsələlərinin müzakirəsində iştirak edəcək.
Azərbaycanın Rabitə Nazirliyi poçt rabitəsi sektorunun inkişafı məsələlərinin müzakirəsində iştirak edəcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və poçt rabitəsi operatoru "Azərpoçt" MMC poçt rabitəsi sektorunun inkişafı məsələlərinin müzakirəsində iştirak edəcək. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Trend-in məlumatına görə, məsələyə Ümumdünya Poçt İttifaqının (ÜPİ) aprelin 26-dan mayın 13-dək Berndə (İsveçrə) keçiriləcək yaz sessiyası çərçivəsində baxılacaq.

ÜPİ-nin İnzibati Şurası və Poçt İstismarı Şurasının üzvü olan Azərbaycan hər iki strukturun müzakirələrində iştirak edəcək.

Tədbir çərçivəsində ÜPİ-nin bəzi orqanlarına seçkilər keçiriləcək.

Azərbaycanın nümayəndələri respublikanın poçt sektorunda ÜPİ-nin texniki dəstəyi ilə həyata keçirilən bir sıra layihələr haqqında məruzə ilə çıxış edəcəklər. BMT-nin bu ixtisaslaşdırılmış strukturunun rəhbərliyi ilə əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində Azərbaycan tərəfinin ekspress poçt çatdırılmaları (Express Mail Service-EMS) sahəsində xidmətlərinə görə qızıl sertifikatla mükafatlandırılması mərasimi keçiriləcək.

EMS kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə ÜPİ müstəqil konsaltinq şirkətləri il ərzində dünyadakı bütün operatorlar tərəfindən göstərilən EMS xidmətlərinin yoxlanması və qiymətləndirilməsi üzrə işlər görəcək, bundan sonra nəticələr elan olunacaq və sertifikatlar veriləcək. Azərbaycanın EMS-operaotu "Azərekspresspoçt" artıq beşinci dəfədir ki, ÜPİ-nin qızıl sertifikatı ilə mükafatlandırılır.

Xəbər lenti

Xəbər lenti