...

Azercell gənclər üçün əmək yarmarkasında iştirak edib

Telekommunikasiya Materials 13 May 2011 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 3 may /Trend/

Qafqaz Universitetində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında əmək yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən təşkil olunan tədbirə 89 yerli və beynəlxalq şirkət qatılıb. Bu m üə ssisəl ə r t ə dbird ə 187 bo ş i ş yeri t ə qdim edib .

Yarmarkanın məqsədi gənclərə iş tapmaqda yardımçı olmaq, onların karyera ilə bağlı planlarını reallaşdırmağa kömək etməkdən ibarətdir. Məzunların iş probleminin həllində böyük rol oynayan bu yarmarkalar 1997-ci ildən etibarən həyata keçirilir və hər il onlarla şirkət iştirak edir, yüzlərlə vakant yer elan olunur.

Hər il olduğu kimi, bu dəfə də Qafqaz Universitetində təşkil olunan yarmarka iştirakçıları arasında "Azercell Telekom" MMC olub. Yarmarkanın açılış mərasimində Azercell-in Korporativ ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə çıxış edərək bu ənənəvi tədbirlərin əhəmiyyətindən danışıb. O, Azercell-in gənclər üçün təqdim etdiyi karyera imkanlarından da söz salıb: "Siz stendimizdə bu sahədə xeyli yararlı məlumatlara tanış ola biləcəksiniz. Burada həmçinin hazırda tələbələr üçün keçirilən Yay təcrübə proqramı haqqında da informasiya ala bilərsiniz".

Ülviyyə Həsənzadə hazırda Azercell şirkətinin İKT üzrə mütəxəssislərinin Qafqaz Universitetində dərs dediklərini də xatırladaraq bu ali təhsil müəssəsi ilə şirkətin davamlı əməkdaşlığı haqqında bəhs edib.

Əmək yrmarkasında Azercell- stendində şirkətdə işə düzəlməyin şərtləri, bunun üçün hansı sənədlərin tələb olunması, tələbələr üçün hansı proqramların aparılması və s. haqqında ətraflı məlumat yerləşdirilib. Bundan əlavə, Azercell-n işə qəbul üzrə nümayəndələri də yarmarka iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi 2007-ci ildən etibarən Bakı, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərinin ali təhsil ocaqlarında "Karyerada ilk addım" devizi altında bu cür yarmarkalar təşkil edir. Nəticədə hər il təxminən 500 gənc işlə təmin olunur, həm də onların müvəqqəti işlərlə təmin olunmasına yardım göstərilir.

Azercell artıq 5 ilə yaxındır ki, istedadlı gənclərin işlə təmin olunması istiqamətində müxtəlif proqramlar həyata keçirir. Haz ı rda t ə l ə b ə l ə r üçü n Yay t ə cr ü b ə proqram ı, T ə qa ü d proqramlar ı f ə aliyy ə t g ö st ə rir . Bundan ə lav ə, ş irk ə td ə Karyera g ü nl ə ri ke ç irilir v ə i şə q ə bul prosesi il ə daha yax ı ndan tan ış olmaq imkan ı yarad ı l ı r .

Xəbər lenti

Xəbər lenti