...

Dövlət "AzEuroTel" rabitə operatorunun idarəçiliyini alıb

Telekommunikasiya Materials 25 May 2011 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir H.Vəliyev/

Dövlət Əmlak Məsələləri Komitəsi "AzEuroTel" rabitə operatorunun səhmlərinin 100 faiz sahibi olub. Bu barədə çərşənbə günü Trend-ə "Azeurotel" şirkətinin baş direktoru Cabit Rəsulov bildirib.

Rəsulovun sözlərinə görə, "LukOilEurope"-ın komitəyə ünvanlanan məktubu əsasında 2011-ci il mayın 11-dən "AzEuroTel" məhdud məsuliyyətli cəmiyyətdən səhmdar cəmiyyətə çevrilib.

"LukOilEurope" hələ 2007-ci ildə komitəyə məktub göndərərək şirkətin payında iştirakdan imtina edib. "Azerurotel" MMC-nin hazırkı nizamnaməsinə görə, müəssisənin bütün fəaliyyəti "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin təklifləri əsasında həyata keçirilə bilər", - Rəsulov deyib.

"AzEuroTel" Azərbaycan-Britaniya Birgə Müəssisəsi 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi (50 faiz) və Böyük Britaniyanın "LUKoil Europe Ltd." şirkəti (50 faiz) tərəfindən yaradılıb. "AzEuroTel" şirkəti Britaniyanın "GRT Ltd." şirkətinin "System X" texnologiyası əsasında qurulan müasir rəqəmli 492/497/437 ATS-lərin operatorudur.

Şirkət yerli telefon rabitəsinin yaradılması və istismarı, ayrılmış beynəlxaql və şəhərlərarası peyk rabitəsi kanallarının təşkili, məlumatların ötürülməsi və telematik rabitə şəbəkələrinin yaradılması, video-konfrans-rabitə xidmətlərinin göstərilməsi, danışıq məntəqələrinin təşkili, yeni yerli, beynəlxaql şəhərlərarası taksofonların quraşdırılması və istismarı üzrə lisenziyalara malikdir.

Xəbər lenti

Xəbər lenti