...

Azərbaycan "Microsoft" şirkəti ilə proqram təminatının qanuniləşdirilməsinə dair saziş imzalayıb (FOTO)

Telekommunikasiya Materials 27 May 2011 13:36 (UTC +04:00)
Azərbaycan hökuməti "Microsoft" şirkəti ilə rəsmi saziş imzalayıb, bu, bütün ölkə ərazisində proqram piratlığının azaldılmasına dair yeni öhdəliyə işarə edir və sazişin əhatə etdiyi bütün hökumət idarələrində qanuni lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasını təmin etməyə kömək edəcək.
Azərbaycan "Microsoft" şirkəti ilə proqram təminatının qanuniləşdirilməsinə dair saziş imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan hökuməti "Microsoft" şirkəti ilə rəsmi saziş imzalayıb, bu, bütün ölkə ərazisində proqram piratlığının azaldılmasına dair yeni öhdəliyə işarə edir və sazişin əhatə etdiyi bütün hökumət idarələrində qanuni lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasını təmin etməyə kömək edəcək. Trend-in məlumatına görə, bu barədə "Microsoft Azerbaijan" şirkətinin məlumatında deyilir.

Bu sazişin bir hissəsi kimi Azərbaycan hökuməti saxta proqram təminatı ilə bağlı riskləri azaltmaq və beləliklə də vətəndaşlara, biznes subyektlərinə və hökumət işçilərinə göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədilə qanuniləşdirilmiş e-Hökumət xidmətlərinin yaradılması öhdəliyini götürüb. Bu sazişin məqsədi 12 may 2011-ci il tarixində dərc edilmiş "Business Software Alliance təşkilatının 2010-cu il üçün piratlıq üzrə tədqiqat" adlı nəşrinə əsasən, hal-hazırda 88 faiz kimi qiymətləndirilən Azərbaycandakı yüksək piratlıq səviyyəsinin aradan qaldırılmasına yönəldilib.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, Azərbaycanın "Microsoft" şirkəti ilə imzaladığı bu saziş Azərbaycan üçün növbəti bir neçə ildə prioritet sahə hesab edilən İKT-nin inkişafı istiqamətində atılmış böyük addımdır. "Bu, Azərbaycanın regionda mühüm rol oynadığını və onun müasir texnologiyaları daha da inkişaf etdirmək, kadr potensialını gücləndirmək və nəhayət elmə və biliyə əsaslanan iqtisadiyyat qurmaq niyyətini təsdiqləyir", - Abbasov deyib.

Sözügedən saziş saxta proqram təminatı ilə bağlı artmış riskləri, məsələn zərərli proqram vasitələri, məlumat itkisi və qorunan məlumatlara xələl yetirə biləcək digər məsələləri, ön plana çıxararaq Azərbaycanda texnologiyaya dair məlumatlılığın və təcrübənin inkişafını sürətləndirəcək. Həm dövlət sektorunda, həm də özəl sektorda intellektual mülkiyyət hüquqlarının qorunmasına dair bariz bir nümunə təşkil etməklə, sözügedən sazişin ölkənin milli rəqabətlilik qabiliyyətinə təsir göstərəcəyinə ümid edilir ki, bu da öz növbəsində birbaşa xarici investisiyaların cəlb olunmasına köməklik edəcək.

"Microsoft Azərbaycan" şirkətinin ölkə üzrə meneceri Teymur Axundovun sözlərinə görə, güclü iqtisadi inkişafına görə regionda özünəməxsus qabaqcıl mövqeyə malik olan Azərbaycan təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan uzaqlaşaraq ən son innovativ texnologiyalardan faydalanan bir iqtisadiyyat qurmaq niyyətindədir. "Microsoft Azərbaycan" şirkəti imzalanmış sazişi dayanıqlı proqram təminatı bazarının yaradılması və ölkəyə əlavə investisiyalar cəlb edərək mühüm iş yerlərinin formalaşdırılması və ölkənin texnologiya sahəsindəki regional lider kimi qəbul edilməsinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən fundamental əhəmiyyət daşıyır.

"Microsoft" şirkəti inanır ki, dünya arenası proqram piratlığının azaldılmasından və sənayenin kiçik biznes sahələrinin oyun meydançasını yeniləşdirmək və tarazlamaq qabiliyyətinin qorunması üçün intellektual mülkiyyətin daha güclü mühafizəsindən faydalanacaq və yerli hökumətlərə əsl proqram təminatlarının qanuni satışı və ticarəti vasitəsilə vergi gəlirləri formalaşdırmasına köməklik edəcək. "Microsoft" şirkətinin vitse-prezidenti Robert MakDauel qeyd edib ki, "bu saziş qarşıdan gələn illərdə Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradacaq".

Xəbər lenti

Xəbər lenti