...

NMR-də rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi artıb

Telekommunikasiya Materials 25 İyul 2011 12:54 (UTC +04:00)
Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının (NMR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2,593 milyon manata yaxın məbləğdə gəlir əldə edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 188 min manat çoxdur.
NMR-də rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi artıb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının (NMR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2,593 milyon manata yaxın məbləğdə gəlir əldə edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 188 min manat çoxdur. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Yanvar-iyunda NMR-də 1073 yeni telefon nömrəsi istismara verilib.

İlin birinci yarısında ödənilən pul köçürmələrinin məbləği 3,93 milyon manat, yollamalar 2,57 milyon manatdan artıq təşkil edib.

May ayından NMR-də DHL-ekspress-poçt xidməti işə salınıb. NMR-in 68 poçt rabitə şöbəsi kompyuterlərlə təmin olunub, vahid kompyuter şəbəkəsinin yaradılması başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti