...

Azərbaycanda elektron rəqəmli imzaların verilməsi üzrə mərkəz öz işinə başlayıb (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 7 Sentyabr 2011 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi elektron rəqəmli imzaların verilməsi üzrə mərkəzin istimara verildiyini elan edib.

Trend-in məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov çərşənbə günü bildirib ki, bu gündən mərkəz tam gücü ilə işləməyə başlayır.

Məmmədovun sözlərinə görə, Azərbaycanda elektron rəqəmli imzaların tətbiqi dövlət müəssisləri arasında qarşılıqlı elektron fəaliyyətin inkişaf sürətini artırmağa imkan verəcək, eləcə də elektron xidmətlərin və elektron ticarətin inkişafına təkan verəcək.

"Azərbaycan MDB-də rəqəmli imzaların tətbiq edildiyi azsaylı ölkələrdən biridir", - Məmmədov deyib.

İmzaların verilməsi imzanı alan şəxs tərəfindən ərizə verildikdən və imzanın dəyəri ödənildikdən sonra poçt rabitə şöbələri vasitəsilə həyata keçirilir.

Azərbaycanın bütün ərazisində, eləcə də Naxçıvan Muxtar Respublikasında rəqəmli imza almaq mümkündür.

Rəqəmli imza almaq haqqında daha ətraflı /e-imza.az/ ünvanda məlumat almaq mümkündür.

Xəbər lenti

Xəbər lenti