...

Azərbaycanın poçt operatoru Coinstar Money Transfer-ə qoşulur

Telekommunikasiya Materials 13 Sentyabr 2011 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC Coinstar Money Transfer pulköçürmə sisteminə qoşulur. Bu barədə Trend-ə çərşənbə axşamı MMC-dən bildiriblər.

"Hazırda sistem sınaqdadır, bundan sonra onun peşəkar işə salınması gözlənilir", - "Azərpoçt"dan deyiblər.

Coinstar Money Transfer sistemi cari hesab açılmadan dollar və avro ilə pulköçürmə sistemidir. Sistemin 118 ölkədə 40 mindən çox məntəqəsi var.

Hazırda "Azərpoçt" Contact pulköçürmə sisteminə qoşulmaq üçün işlər görür. Sistemin işə salınması oktyabrda gözlənilir.

Bu gün "Azərpoçt" artıq Western Union sistemi ilə işləyir.

Xəbər lenti

Xəbər lenti