Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir H.Vəliyev/
Abşeron rayonundakı "Qurtuluş-93" yaşayış kompleksindəki on iki bina PON (passive optical network) texnologiyaları ilə əhatə olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verib.
PON texnologiyaları üzrə rabitə xidmətlərinin göstərilməsi üçün şəbəkə infrastrukturunun tikintisi üzrə işlər "Aztelekom" İstehsalat Birliyi tərəfindən aparılır ki, bu da operatora optik kabeli hər bir evədək çatdırmağa imkan verir.
Yaşayış massivindəki binaların (beşmərtəbəli) ümumi sayı 40-ı ötür. Bu binaların yalnız 25 faizi məskunlaşıb.
Layihə operator tərəfindən Abşeron Telekommunikasiya Qovşağı üzrə həyata keçirilən ən iri layihədir. PON şəbəkəsinin tətbiqi üzrə işlər yaxın vaxtlarda başa çatacaq.
Yaşayış kompleksində operator tərəfindən yeni ATS binası tikiləcək. Yaxın vaxtlarda buraya optik kabel çəkiləcək.
"Qurtuluş-93" yaşayış kompleksində 1024 ədəd nömrə tutumlu yeni eleketron ATS-in quraşdırılması üçün şəbəkə xətlərinin tikintisinə başlanıb və kabel-kanalizasiya sisteminin tikintisi üzrə işlər davam edir.
PON optik-lif xətti üzrə genişzolaqlı multiservis çıxışı üçün nisbətən daha perspektivli texnologiyadır.
ADSL və PON abunəçiləri arasında telekommunikasiya xidmətlərinin istehlakı strukturunda əsas fərq son kateqoriya üçün daha geniş xidmət seçimidir. Əgər ADSL istifadəçilərinin əsas həcmi bir xidmətin (İnternet şəbəkəsinə genişzolaqlı çıxış) istehlakçılarıdırsa, PON şəbəkəsini abunəçilərinə sərfəli şərtlərlə eyni vaxtda bir neçə xidmətdən (telefoniya, televiziya və internetə çıxış) istifadə etmək təklif olunur.
"Aztelekom" şəbəkəsinin əlavə kommutasiya avadanlıqları hesabına genişlənməsi operatora telefoniya xidmətləri göstərməklə yanaşı, müasir abunə xidmətləri tətbiq etməyə və rabitənin əlavə xidmət spektrini genişləndirməyə imkan verir.