...

Azərbaycanda "Elektron hökumət" portalı üzrə xidmətlərin sayı 300-ə çatacaq

Telekommunikasiya Materials 24 Noyabr 2011 12:42 (UTC +04:00)
Azərbaycanda "Elektron hökumət" portalı üzrə xidmətlərin sayı 49-a çatıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Bakutel-201 sərgisi çərçivəsində keçirilən İKT beynəlxalq konfransında deyib.
Azərbaycanda "Elektron hökumət" portalı üzrə xidmətlərin sayı 300-ə çatacaq

Azərbaycan, Bakı, 24 noyabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanda "Elektron hökumət" portalı üzrə xidmətlərin sayı 49-a çatıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Bakutel-201 sərgisi çərçivəsində keçirilən İKT beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, dövlət strukturları tərəfindən göstərilən bütün elektron xidmətlər bu portalda cəmləşdiriləcək.

Vəlizadənin sözlərinə görə, bütün nazirlik və idarələrin portala qoşulması üzrə işlər davam etdirilir.

"Elektron xidmətlərin yeni növləri hazırlanır. Yaxın vaxtlarda onların göstərilməsi qaydaları, eləcə də nazirlik və idarələrin sayı 300-ə çatan elektron xidmətlərinin siyahısı təsdiqlənəcək", - nazir müavini deyib.

Azərbaycanda "Elektron hökumət" portalının işə salınması gələn ilin martına gözlənilir.

"Elektron hökumət" portalı vətəndaşlarla, dövlət və özəl sektorun müəssisələri ilə işi əlaqələndirən əsas alət olacaq.
"Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək X-Road sisteminin prinsipindən istifadə olunacaq. X-Road sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti