Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir H.Vəliyev/
"Bakcell" şirkətinin 3G şəbəkəsi abunəçilərinin sayı (noyabrın 23-də şəbəkə kommersiya istismarına işə salındıqdan sonra) son 24 saat ərzində 200 min nəfərə çatıb. Bu barədə cümə axşamı Trend-ə "Bakcell"in baş kommersiya direktoru Krasimir Genov məlumat verib.
Onun sözlərinə görə, yalnız ilk dörd saat ərzində 3G abunəçilərinin sayı 50 min nəfərə yaxınlaşıb.
"Bakcell" şirkətinin 3G standartının məlumatötürmə şəbəkəsində qeydə alınan maksimal sürət 28 Mbit/s-dir (minimal sürət - 3,5 Mbit/s).