...

Azərbaycan və İran efir məkanına müdaxilənin qarşısının alınması üzrə yeni sənəd hazırlayır

Telekommunikasiya Materials 5 Dekabr 2011 12:21 (UTC +04:00)
Azərbaycan və İran ölkələrin efir məkanına müdaxilənin qarşısının alınmasını nəzərdə tutan yeni protokol hazırlayır.
Azərbaycan və İran efir məkanına müdaxilənin qarşısının alınması üzrə yeni sənəd hazırlayır

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir H.Vəliyev /

Azərbaycan və İran ölkələrin efir məkanına müdaxilənin qarşısının alınmasını nəzərdə tutan yeni protokol hazırlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu sənədin hazırlanması prosesinə texniki mütəxəssislər də cəlb olunacaqlar.

Bazar ertəsi Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri başa çatıb. Səfər zamanı başqa məsələlərlə yanaşı, kanalların qarşılıqlı yayımı məsələsi də müzakirə edilib.

"Biz qonşu ölkələrlə, o cümlədən İranla kanalların müdaxiləsi üzrə texniki məsələlər və təbliğatdan ibarət iki məsələni nəzərdən keçiririk. Azərbaycanın efir məkanının müdafiəsi baxımından müvafiq işlər görülür və çoxlu sayda işlər artıq yerinə yetirilib", - Abbasov deyib.

Nazirin sözlərinə görə, bu gün İran tərəfdən Azərbaycanın efir məkanına müdaxilə müəyyən ərazilərdə baş verir. Ölkələr arasındakı qarşılıqlı razılaşma çərçivəsində efir məkanına müdaxilənin aradan qaldırılması üzrə texniki ölçülər götürülür.

Abbasov bildirib ki, telekanalların yayımı məsələsi üzrə texniki protokollar artıq imzalanıb və İran tərəfi onlara riayət etməyə çalışır.

"Biz müəyyən vaxtlarda həmin sənədlərin pozulduğunu müşahidə edirik. Ona görə də yeni protokolların imzalanması zəruriliyi mövcuddur", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti