Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti respublikanın ucqar ərazilərində yaşayan əhalini yüksək keyfiyyətli rabitə xidməti ilə təmin edir. Şirkət xüsusilə cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yaşayan abunəçilərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində fəaliyyətini davam etdirir.
Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, bir müddət əvvəl Agcabədi rayonunun Qaraxanlı, İmanqulubəyli, Əlibəyli və Boyat kəndlərinin bir qrup sakini "Bakcell"ə məktubla müraciət edərək, ətraf kəndlərdə yaşayan əhalinin Bakcell-in xidmətlərindən istifadə etməkdə çətinlik çəkdiyini bildiriblər. Qeyd edilən kənd və qəsəbələrin ucqar ərazilərdə və təmas xəttində yerləşməsinə baxmayaraq, müştəri məmnuniyyətinə xüsusi önəm verən və vətəndaşların ehtiyaclarına diqqətlə yanaşan "Bakcell" şirkəti əhalinin yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən istifadə edə bilməsi üçün bütün səylərini birləşdirib. Məktuba cavab olaraq, qısa müddət ərzində ərazidə yeni stansiyalar quraşdırılıb. Nəticədə artıq həmin kəndlərdə yaşayan əhali yüksək keyfiyyətli rabitə xidməti ilə təmin olunub və indi sakinlər "Bakcell" şirkətinin xidmətlərindən yüksək səviyyədə istifadə edə bilirlər.
Bu münasibətlə "Bakcell" şirkəti Ağcabədi rayonunun Üç Oğlan kəndində və Ağdam rayonunun Quzanlı qəsəbəsində iki günlük aksiya keçirib. Burada yerli əhaliyə "Bakcell" şirkəti tərəfindən hədiyyələr təqdim olunub, eyni zamanda, "Bakcell" nömrələrinin satışı təşkil edilib.
"Cəbhə bölgəsində yaşadığımız üçün bizim keyfiyyətli mobil rabitəyə daha çox ehtiyacımız var. Biz yerli əhali ilə məsləhətləşdik və belə qərara gəldik ki, ən sərfəli mobil rabitə xidmətini "Bakcell" təklif edir. Bizim müraciətimizə bu cür tez reaksiya verdiyinə görə "Bakcell" şirkətinə minnətdarlığımızı bildiririk", - Quzanli bələdiyyəsinin nümayəndəsi Rəhman Qasımov bildirib.
"Bakcell" şirkəti ucqar bölgələrdə yaşayan bütün vətəndaşlarımızı yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin etməyə hazırdır. Biz daim bütün ölkə ərazisində şəbəkəmizin keyfiyyətini və mövcudluğunu nəzarət altında saxlayırıq. Son iki il ərzində "Bakcell" şirkəti 500-dən artıq yeni baza stansiyası quraşdırıb, bu da öz növbəsində şəbəkəmizin əhatə dairəsini əhəmiyyətli dərəcədə təkmilləşdirib. Biz, həmçinin, istifadədə olan stansiyalarımızın effektivliyini və ümumi şəbəkə infrastrukturunun keyfiyyətini artırmaqdayıq. Bütün şəbəkələrdə aparılan müstəqil keyfiyyət sınaqlarının nəticələrinə əsasən, "Bakcell" şirkəti ölkə üzrə ilk sıradadır", - Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.