...

Bakcell "055" jurnalının 3-cü sayını təqdim edir (FOTO)

Telekommunikasiya Materials 27 Dekabr 2011 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti iki aydan bir dərc olunan korporativ nəşrinin - "055" jurnalının üçüncü buraxılışını təqdim edir.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müştərilərin məlumatlılığının artırılması kampaniyasının bir hissəsi olan "055" dünya mobil telekommunikasiya bazarından son trendləri və xəbərləri, eləcə də "Bakcell" şirkətinin fəaliyyətini, yeni məhsul və xidmətlərini işıqlandırır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış vacib nəşrlərdən biri olan və 100 000 tirajla dərc edilən "055" jurnalı bütün mobil telefon istifadəçilərini mobil telekommunikasiyalar və informasiya texnologiyaları sahəsindəki yeniliklərlə tanış edir. Jurnalın üçüncü buraxılışından ən son smartfonlar, 4 ən maraqlı qadjet və planşetlər, ən məşhur ultrabuklar, 3G xidmətinin imkanları barədə məlumat əldə etmək olar. "055" jurnalı oxuculara, həmçinin, sual-cavabda iştirak etmək və Samsung Galaxy PRO telefonu qazanmaq imkanı verir.

"Bakcell" şirkəti "Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzi"nin könüllülərinin dəstəyi ilə Bakının mərkəzində "055" jurnalının yayımını həyata keçirib. Jurnalı, eyni zamanda, Bakıda və rayonlarda yerləşən bütün "Bakcell" ticarət nişanlı satış və xidmət nöqtələrindən pulsuz əldə etmək olar.

Hamınızı "055" jurnalını oxumağa və mobil telekommunikasiya dünyasına daha yaxın olmağa dəvət edirik! Jurnalın elektron versiyası http://www.bakcell.com/az/055 internet səhifəsində yerləşdirilib.

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti