...

Azərbaycanda poçt xidmətlərinin rentabelliyini artırmaq üçün məsləhətçi cəlb edilə bilər

Telekommunikasiya Materials 21 Yanvar 2012 11:44 (UTC +04:00)
"Azərpoçt" MMC, ölkənin Mərkəzi Bankı (AMB) və Dünya Bankı (DB) tərəfindən həyata keçirilən maliyyə xidmətlərinin inkişafı layihəsinin nəticələri hələlik gözlənilən nəticələri verməyib.
Azərbaycanda poçt xidmətlərinin rentabelliyini artırmaq üçün məsləhətçi cəlb edilə bilər

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC, ölkənin Mərkəzi Bankı (AMB) və Dünya Bankı (DB) tərəfindən həyata keçirilən maliyyə xidmətlərinin inkişafı layihəsinin nəticələri hələlik gözlənilən nəticələri verməyib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

"Ötən ilin nəticələrinə görə "Azərpoçt"un gəlirlərinin 23 faiz artmasına baxmayaraq, hələlik MMC-nin fəaliyyətinin rentabelliyini təmin etməklə bağlı problemlər var. Bundan əlavə, operator hələ də dövlətdən subsidiyalar alır", - nazir bildirib.

Abbasovun sözlərinə görə, hazırda Rabitə Nazirliyi "Azərpoçt"un gələcək fəaliyyətinin perspektivi ilə bağlı Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə danışıqlar aparır.

"Əgər ehtiyac yaranarsa, mövcud məsələni həll etmək üçün şirkətə məsləhətçı cəlb edəcəyik", - nazir vurğulayıb.

Əsas komponenti ölkənin poçt şəbəkəsinin modernləşdirilməsi olan "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin ümumi dəyəri 17,5 milyon dollar təşkil edir, bundan 12,25 milyon dollar DB-nin kreditinin, qalan hissə isə Azərbaycan hökumətinin payına düşür. İsveçrə hökuməti də layihənin həyata keçirilməsinə dəyəri 612 min dollar olan texniki kömək təqdim edib.

Həyata keçirilməsi 2005-ci ildən başlanan layihə çərçivəsində "Azərpoçt"un fəaliyyətinin maliyyə xidmətləri sahəsində yaranan risklərin idarə edilməsi üzrə tələblərə uyğunlaşdırılması nəzərdə tutulurdu. Gələcəkdə milli poçt operatorunun lisenziyalaşdırılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti