...

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 700 min nəfəri ötüb

Telekommunikasiya Materials 25 Yanvar 2012 12:43 (UTC +04:00)
Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 700 min nəfəri ötüb.
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 700 min nəfəri ötüb

Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir H.Vəliyev/

Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 700 min nəfəri ötüb. Bu barədə çərşənbə günü "Facebakers"in yanvarın 25-nə olan vəziyyət üzrə hesabatında deyilir.

Dekabrın 17-dən yanvarın 25-dək sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb.

"Facebook" seqmenti daxil olma reytinqində 87-ci yerdədir ki, bu da 2011-ci ilin dekabrı ilə müqayisədə 4 bənd aşağıdır.

Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 8,46 faizini təşkil edir.

Bu sosial şəbəkənin istifadəçilərinin faizi Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 19,04 faizini təşkil edib.

Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir.
Say baxımından ilk yeri 18-24 yaşlı (47 faiz), ikinci yeri 25-34 yaşlı (23 faiz), üçüncü yeri isə 16-17 yaşlı (12 faiz) istifadəçilər tutur.

13-15 yaşlı istifadəçilərin sayı isə 8 faiz təşkil edir. 6 faiz 35-44 yaşlı, 2 faiz 45-54 yaşlı istifadəçilərin payına düşür. 55-64 və 65 yaşlı istifadəçilərin hər birinin payına 1 faiz düşür.

"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayına görə Azərbaycan MDB-nin Qazaxıstan (362 640 istifadəçi), Belarus (354 520), Ermənistan (242 140), Moldova (231 040), Özbəkistan (106 080), Qırğızıstan (64 740), Tacikistan (24 800) və Türkmənistan (12 060) kimi ölkələrini qabaqlayır.

"Facebakers"in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Hindistan, Braziliya və Meksika daxildir.

"Facebook" istifadəçilərinin ümumi sayı 762 milyon nəfərdən çoxdur.

"Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-də işə başlayıb. Hazırda onun xidmətləri 60 dildə, o cümlədən də Azərbaycan dilində göstərilir.

Xəbər lenti

Xəbər lenti