Azərbaycan, Bakı, 23 fevral / Trend/
"Ailə TV" kabel televiziyası operatoru öz ənənələrinə sadiq qalaraq, Azərbaycanda daha bir ilkə imza atıb.Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətdən məlumat verilib.
"Ailə TV" xidmət haqlarının ödənilməsini rahatlaşdırmaq məqsədilə "ödəmə kartları" tətbiq etməyə başlayıb. Kartlar artıq satışa çıxarılıb.
Ödəmə kartları vasitəsi ilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişlər həyata keçirmək mümkündür. Ödəmə kartlarının qiymətləri "Ailə TV"-nin təklif etdiyi televiziya yayımı paketlərinin qiymətinə uyğundur. Kartların qiyməti 9 manatdan başlayır, 11, 12, 13, 14 və 17 manata qədər dəyişir. Əgər abonent "Sport" paketini və ya digər paketi aktivləşdirmək istəyirsə, buna müvafiq olaraq ödəmə kartı ala bilər. Ödəmə kartının seriya nömrələri bazaya qeyd olunduqdan sonra, abonent idman telekanallarına baxa bilər.
Abonent "Ailə TV" xidmətinin aktivləşməsi üçün Nizami, Nərimanov, Xətai və Suraxanı rayonlarının ərazisindəki mağazalardan ödəmə kartı ala bilər. Ödəmə kartını əldə etdikdən sonra, günün 24 saatı ərzində "Ailə TV"-nin müştəri xidmətlərinə zəng edərək kartın seriya nömrəsini və boyanın altındakı kodu söyləyə və xidməti aktivləşdirə bilər. Müştəri xidmətlərinin operatoru kartın kodunu bazaya daxil etdikdən sonra bir sutka ərzində xidmət aktivləşəcək. Ödəmə kartlarından həm analoq, həm də rəqəmsal yayımının abunəçiləri istifadə edə bilərlər.
Qeyd edək ki, Ailə TV Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatorudur. "Ailə TV" kabel televiziyası ən son texnologiyalara əsaslanan fiber-optik şəbəkə vasitəsi ilə kabel televiziyası yayımını həyata keçirir. Azərbaycanda ilk dəfə olaraq, məhz "Ailə TV" HD (High Definition) televiziya yayımını təşkil edib. "Ailə TV" həmçinin, ölkəmizdə müştərilərə fiber-optik şəbəkə vasitəsi ilə kabel televiziyası xidməti təklif edən ilk şirkətdir. Hazırda Bakı şəhərinin Yasamal, Nəsimi, Nizami, Xətai, Nərimanov və Suraxanı rayonlarında, Hövsan qəsəbəsində, mikrorayon adlanan ərazidə (1-9-cu mikrorayonlar) və Gəncə şəhərində sakinlərə yüksək keyfiyyətli kabel televiziyası yayımı xidmətlərini göstərilir.
Ən keyfiyyətli avadanlıqlardan istifadə olunması və xidmət personalının əksər hissəsinin inkişaf etmiş ölkələrdə təhsil almış peşəkarlardan ibarət olması "Ailə TV" Kabel televiziyasını fərqləndirən ən başlıca cəhətdir.
Bundan əlavə, "Ailə TV" şəbəkəsinin digər qolu olan "AiləNET" internet provayderi Bakı və Gəncə şəhərlərində vətəndaşlara genişzolaqlı fiber optik İnternet xidmətləri də təklif edir.