...

"Nar Mobile" növbəti beynəlxalq sərgidə iştirak edir

Telekommunikasiya Materials 9 Mart 2012 11:26 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Nar Mobile" Almaniyanın Hannover şəhərində 6-10 tarixləri arasında keçirilən "CeBİT Eurasia" - Beynəlxalq informasiya texnologiyaları sərgi və konfransında təmsil olunur.
"Nar Mobile" növbəti beynəlxalq sərgidə iştirak edir

Azərbaycan, Bakı, 9 mart / Trend/

Azərbaycanın mobil rabitə operatoru "Nar Mobile" Almaniyanın Hannover şəhərində 6-10 tarixləri arasında keçirilən "CeBİT Eurasia" - Beynəlxalq informasiya texnologiyaları sərgi və konfransında təmsil olunur. İnformasiya texnologiyaları sahəsində yüksək imicə sahib olan Cebit sərgisində, "Nar Mobile" bazarda təqdim etdiyi son məhsul və xidmətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrini nümayiş etdirir.

Tədbirdə iştirak edən "Nar Mobil" şirkətinin nümayəndəsi sərgi iştirakçılarına və qonaqlara yeni xidmətləri haqqında məlumat verib. "Nar Mobile hazırda Azərbaycanda innovativ mobil operator kimi yüksək imicə sahibdir. Bu gün şirkət 3G texnologiyasına əsaslanan bir sıra innovativ xidmətlər göstərir"- deyə şirkət nümayəndəsi bildirib.

Sərgidə salonu telekommunikasiya sahəsi üzrə dörd seqment bölünüb: biznes üçün ixtisaslaşdırılmış İT-həllər, istehlakçılar, dövlət sektorları, elmi araşdırmalar və innovasiyaların inkişafı. Tədbirdə sərgidən başqa seminarlar və dəyirmi masalar keçirilir. Təxminən 60 ölkədən 5000-dən çox İT və KİV nümayəndələrinin iştirakı gözlənilir.

"Nar Mobile" brendi ilə tanınan Azerfon şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil (3G) texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti