...

Azərbaycanın internet provayderi onlayn ödəmələr sisteminə qoşulub

Telekommunikasiya Materials 9 Mart 2012 13:56 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyəti olan "AzeriCard" prosessinq mərkəzi "Aktiv-ol" internet servis provayderini onlayn ödəmələr sisteminə qoşub.
Azərbaycanın internet provayderi onlayn ödəmələr sisteminə qoşulub

Azərbaycan, Bakı, 9 mart /Trend müxbir H. Vəliyev/

Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyəti olan "AzeriCard" prosessinq mərkəzi "Aktiv-ol" internet servis provayderini onlayn ödəmələr sisteminə qoşub. Trend-in məlumatına görə, bu barədə cümə günü "AzeriCard"-ın məlumatında deyilir.

Onlayn ödəmələr sistemi internet servis provayderi istifadəçilərinə VISA, VISA Electron, MasterCard və Maestro elektron bank kartlarından istifadə etməklə xidmət ödənişlərini həm aktiv-ol.az korporativ internet resursu, həm də azericard.com, ode.az və s. internet saytları vasitəsilə həyata keçirməyə imkan verəcək.

Aktiv-ol xidməti "Azərtelekom" MMC-nin texniki bazasında həyata keçirilir və FTTB (Fiber To Building) texnologiyası əsasında genişzolaqlı internetdən yararlanmaq imkanı verir.

Bun gün onlayn ödəmələr sistemi vasitəsilə AlfaNet, Avirtel, Azdatacom, BakinterNet, Hotnet, AileNet, Eurocell, Azeronline, Azstarnet, AileNet, Connect, Sazz, Smart və s. internet provayderlərinin xidmətlərinin ödənişini etmək mümkündür.

Elektron bank kartlarının məlumatlarının təhlükəsizliyi 3DSecure sistemi tərəfindən təmin olunur.

Xəbər lenti

Xəbər lenti