...

Azerfon Bakıda 4G xidmətinin açılmasını başa çatdırır

Telekommunikasiya Materials 6 Aprel 2012 12:40 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC 4G xidmətinin açılması üçün LTE (Long Term Evolution) baza stansiyasının quraşdırılması üzrə işləri başa çatdırır.
Azerfon Bakıda 4G xidmətinin açılmasını başa çatdırır

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC 4G xidmətinin açılması üçün LTE (Long Term Evolution) baza stansiyasının quraşdırılması üzrə işləri başa çatdırır. Bu barədə Trend-ə cümə günü şirkətdən məlumat verilib.

Dördüncü nəsil şəbəkəsini dəstəkləyən baza stansiyası Dövlət Bayrağı Meydanında fəaliyyət göstərəcək.

LTE (Long Term Evolution) texnologiyası dördüncü nəsil baza texnologiyası seçilib. Bu texnologiya 4G ailəsinə mobil şəbəkədə məlumatları 100 Mbit/saniyədən yuxarı sürətlə mobil abonentə, 1 Gbit/saniyə ilə stasionar abonentə çatdırılmasına imkan verir ki, bu da 3G şəbəkəsində on dəfələrlə çoxdur.

Şirkət habelə Bakıda keçiriləcək "Evrovision-2012" mahnı müsabiqəsi ərəfəsində şirkətin göstərdiyi xidmətlər üzrə xüsusi qiymətlərə malik "Avropaket" təqdim etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti