Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir H.Vəliyev/
Yanvar-fevral aylarında Azərbaycana dəyəri 1084,3 min dollar olan 23 251 ədəd mobil telefon gətirilib. Bu barədə cümə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, 2011-ci ilin yanvar-fevral ayları ilə müqayisədə idxal olunan mobil telefonların sayı 11,6 faiz artıb (ötən il 20 829 ədəd gətirilib), pulla ifadədə isə bu göstərici 10 faizdən çox azalıb.
Hər ay orta hesabla ölkəyə 11-12 mindən çox mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 500-700 min dollar təşkil edir.