...

Azərbaycanda daşınmaz əmlakın elektron qeydiyyatına başlanılır

Telekommunikasiya Materials 17 Aprel 2012 14:37 (UTC +04:00)
Azərbaycanın Dövlət Əmlak Məsələləri Komitəsi əhaliyə elektron xidmətlərin göstərilməsinə başlayır.
Azərbaycanda daşınmaz əmlakın elektron qeydiyyatına başlanılır

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Dövlət Əmlak Məsələləri Komitəsi əhaliyə elektron xidmətlərin göstərilməsinə başlayır. Trend-in məlumatına görə, bu barədə komitənin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Birinci rübün yekunları üzrə komitə tərəfindən proqram-aparat sisteminin tətbiqi üzrə işlər və elektron xidmətlərin işə salınması üzrə hazırlıq işləri başa çatdırılıb.

Komitənin internet saytında elektron xidmətlər bölməsi fəaliyyət göstərir. Artıq yaxın günlərdə bu bölmə vasitəsi ilə vətəndaşlara, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın qeydiyyatı və müvafiq arayışların alınması ilə bağlı elektron xidmətlərin göstərilməsinə başlanacaq.

Daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı və bu sahədə qabaqcıl təcrübənin tətbiqi məqsədilə komitə tərəfindən informasiya sistemlərinin tətbiqi, məlumat bazasının mərkəzləşdirilməsi, ərazi qeydiyyat idarələrinin işinin təkmilləşdirilməsi, maddi-texniki təminat bazasının yaxşılaşdırılması, arxivlərin elektron formaya keçirilməsi işləri həyata keçirilib, müasir növ avadanlıqlar, geodeziya cihazları və s. alınıb.

Xəbər lenti

Xəbər lenti