...

Azərbaycanda ilk dəfə binadaxili multidiapazonlu şəbəkə istifadəyə verilib

Telekommunikasiya Materials 25 Aprel 2012 16:30 (UTC +04:00)
Azərbaycanda ilk dəfə bina daxilində multidiapazonlarda şəbəkə təminatı sistemi işə salınıb. Əksər texnoloji yeniliklər kimi bu dəfə də yeni sistem məhz "Azercell Telekom" MMC tərəfindən tətbiq edilib.
Azərbaycanda ilk dəfə binadaxili multidiapazonlu şəbəkə istifadəyə verilib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanda ilk dəfə bina daxilində multidiapazonlarda şəbəkə təminatı sistemi işə salınıb. Əksər texnoloji yeniliklər kimi bu dəfə də yeni sistem məhz "Azercell Telekom" MMC tərəfindən tətbiq edilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, modern texnologiya Bakıda yeni açılan "Four seasons" hotelində isifadəyə verilib. Yeni sistem yalnız Azercell-in deyil, Azərbaycanda fəaliyyət göstərən hər üç operatorun eyni diapazonda 2G və 3G kanalları ilə abonentlərə mobil rabitə xidməti göstərməsinə imkan verir.

Multioperator texnologiyası ötən il sentyabrın 30-dan istismara verilib. "Bakcell" şirkəti bu ilin yanvarında, "Azerfon" isə aprel ayında sistemə qoşulub. Hələlik bütün respublikada yalnız "Four seasons" hotelində binadaxili avadanlıq üçün nəzərdə tutulan yeganə multioperator sistemi işləyir. Bu sistem Azərbaycanda ilk dəfə olaraq "Azercell" tərəfindən tətbiq edilib. Gələcəkdə başqa hotellərdə və digər xüsusi təyinatlı binalarda bu cür layihələr həyata keçiriləcək.

Bakıda yeni texnologiya "Powerwave" şirkətinin təqdim etdiyi avadanlıqların köməyi ilə reallaşdırılır. Şirkət dünyanın bir çox ölkələrində binadaxili baza stansiya layihəsini uğurla başa çatdırıb. 10 ildən artıqdır bu sahədə işləyən "Powerwave Technologies" şirkəti 1000-dən artıq layihəni reallaşdırıb. ABŞ, İsveç, İtaliya, Almaniya, Belçika, İspaniya və digər inkişaf etmiş ölkələrdə parlament binasından tutmuş metro tunelləri, bir çox banklar, özəl qurumların binasında adıçəkilən sistemi quraşdırıb.

Xəbər lenti

Xəbər lenti