...

Azərbaycanda giriş trafiki 13,5 milyon dəqiqə artıb

Telekommunikasiya Materials 30 Aprel 2012 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir H.Vəliyev /

2012-ci ilin I rübü ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.5 mln. dəqiqə artaraq 152.5 mln. dəqiqə təşkil edib. Bu barədə bazar ertəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birinci rübdə işinin yekunları üzrə hesabatınada deyilir.

Nazirliyin məlumatına görə, çıxış trafikinin həcmi isə 5.6 mln. dəqiqə artaraq 45.6 mln. dəqiqə təşkil edib.

Ötən illə müqayisədə beynəlxalq çıxış trafiki 14,0 faiz artıb, giriş trafiki isə 8 faiz azalıb.

Ümumi çıxış trafikinin artımı "Azercell" MMC-dən beynəlxalq istiqamətlərə ötürülən trafikin hesabına baş verib. Təhlillər göstərir ki, 2012-ci ilin I rübü ərzində "Azercell" MMC-dən ötürülən trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43.0 faiz (7,7 milyon dəq.) artıb.

Lakin qeyd edək ki, 2011-ci ilin noyabr ayından başlayaraq Azərbaycana beynəlxalq giriş zəngləri azalmaqdadır. Beynəlxalq giriş zənglərinin azalmasının başlıca səbəbi ölkədə genişzolaqlı internetin inkişafı və bu xidmət üzrə tariflərin aşağı endirilməsi olub.

Bundan başqa, beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 150 ədəd artırılaraq 9266 ədədə çatdırılıb.

AZNET seqmentinin buraxılış qabiliyyəti 2010-cu ildən iki dəfə artıb və 86,8 Gbit/saniyə olub.

2012-ci il aprelin1-nə olan vəziyyətə görə, internetin nüfuz səviyyəsi 65 faizə çatıb.

Xəbər lenti

Xəbər lenti