...

Rabitə Nazirliyi Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması üzrə işləri sürətləndirir

Telekommunikasiya Materials 8 Oktyabr 2012 13:25 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycanda "Elektron höklumət"in formalaşdırılmasına dair işləri sürətləndirir.
Rabitə Nazirliyi Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması üzrə işləri sürətləndirir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycanda "Elektron höklumət"in formalaşdırılmasına dair işləri sürətləndirir. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Məlumata əsasən, bu məsələ nazirliyin struktur bölmələrinin iştirakı ilə keçirilən kollegiya islasında müzakirə edilib.

Ölkədə gedən "Elektron hökumət" quruculuğu istiqamətində RİTN tərəfindən icrası nəzərdə tutulan tədbirlərin sürətləndirilməsinə diqqət çəkən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu istiqamətdə görülən işlərin, eləcə də əhalinin elektron xidmətlərdən istifadəsinin maksimum sadələşdirilməsini və zəruri olan bütün tədbirlərin sürətləndirilməsinin vacibliyini nəzərə çatdırıb, o cümlədən dövlət proqramlarında əks olunan tədbirlərin icrasına RİTN-in müvafiq qurumları tərəfindən töhfə verilə biləcəyini qeyd edib.

Sonra çıxış edən məruzəçilər ölkədə elektron imzanın tətbiqi sahəsində RİTN tərəfindən aparılan işlər barədə məlumat verərək qeyd ediblər ki, dövlət orqanlarının elektron imza ilə təmin edilməsi məqsədilə nazirlik tərəfindən qurulan Açıq Açar İnfrastruktur sayəsində bu günə qədər 28 quruma 2078 ədəd elektron imza verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti