...

Azərbaycanda Təhsil TV yaradılır

Telekommunikasiya Materials 27 Noyabr 2012 17:01 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi maarifləndirici televiziyanın (Təhsil TV) yaradılması layihəsini həyata keçirməyə başlayıb.
Azərbaycanda Təhsil TV yaradılır

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Təhsil Nazirliyi maarifləndirici televiziyanın (Təhsil TV) yaradılması layihəsini həyata keçirməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, təhsil sisteminin informasiyalaşdırması üzrə növbəti dövlət proqramı çərçivəsində reallaşdırılması planlaşdırılan layihənin təqdimatı yaxın bir neçə ay ərzində gözlənilir.

"Layihə maarifləndirici televiziya layihələrinin yayımlanacağı internet portalın yaradılmasını nəzərdə tutur. İlkin məqsəd ölkədə reallaşdırılan maarifləndirici proqramlar, layihələr və ümumilikdə təhsil sahəsində baş verən hadisələr haqqında əhaliyə məlumat verməkdən ibarətdir. Portal təhsil prosesinin bütün iştirakçılarının - müəllimlərin, şagirdlərin, onların valideynlərinin və başqalarının toplaşacağı platforma rolunu oynayacaq", - o qeyd edib.

Bu gün nazirlik layihə çərçivəsində portalda yerləşdiriləcək bir sıra veriliş və dərslərin çəkilişlərini sifariş edib. Məmmədovun sözlərinə görə, qarşıda daimi əsasda göstərilən mövzu üzrə çəkilişlərlə məşğul olacaq studiya ilə müqavilənin imzalanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti