...

Əli Abbasov: "Bakcell" gələn ildən 4G standartında xidmətlər göstərməyə başlayacaq

Telekommunikasiya Materials 6 Dekabr 2012 14:28 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC 4G standartında rabitə xidmətləri göstərməyə hazırdır.
Əli Abbasov: "Bakcell" gələn ildən 4G standartında xidmətlər göstərməyə başlayacaq

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC 4G standartında rabitə xidmətləri göstərməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazir qeyd edib ki, hazırda nazirliyin irəli sürdüyü müəyyən tələblərin operator tərəfindən yerinə yetirilməsi məsələləri mövcuddur və texniki məsələlər başa çatır.

"Güman edirəm ki, şirkət gələn ildən 4G şəbəkəsi bazasında xidmətlər göstərməyə başlayacaq", - Abbasov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti