...

Azercell Bakıda daha bir Expres ofis istifadəyə verdi

Telekommunikasiya Materials 6 Dekabr 2012 18:16 (UTC +04:00)

Azercell Telekom MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Bu gün şirkət daha bir AzEx ofisini istifadəyə verdi.

H.Cavid pros. 528-ci məhəllə ev "A" mənzil 18 ünvanında yerləşən AzEx ofisi də "bir nöqtədə üç xidmət"("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Açılış zamanı şirkətin prezidenti Kiril Qaburiç öz çıxışında

Azercell şirkətinin tək Azərbaycanda deyil, bütün regionlarda "bir nöqtədə üç xidmət" konsepsiyasını təqdim edən ilk şirkət olduğunu bildirdi. Şirkətin prezidenti bu ilin sonuna qədər Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətində olduğunu qeyd etdi. Qeyd edək ki, Azercell-in hal hazırda Bakıda 18, regionlarda isə 25 Ekspres Ofisi fəaliyyət göstərir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmiş və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Azercell Azərbaycana bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 55% olan Azercell şirkətinin şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin ilin sonuna Azercell abonentlərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti