...

Tayvan istehsalçısı məhsulunu Azərbaycanın GSM operatorlarının USB-modemləri ilə uyğunlaşdırır

Telekommunikasiya Materials 14 Dekabr 2012 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr / Trend, müxbir H.Vəliyev/

Tayvanın "ZuXEL" şirkətinin məhsulu Azərbaycanın mobil rabitə operatorlarının USB-modemləri ilə işə uyğunlaşdırılacaq. Bu barədə "ZuXEL" şirkətinin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində layihələr və məhsullar üzrə nümayəndəliyinin meneceri Yerlan Aşırov Azərbaycanın texnika və texnologiyalar haqqında "InfoCity" jurnalına müsahibəsində deyib.

Aşırovun sözlərinə görə, bu istiqamətdə işlərin 2013-cü ilin birinci rübünün sonunda başa çatdırılması planlaşdırılır və qurğunun interfeysinin, o cümlədən "Keenetic" seriyasının Azərbaycan dilinə lokallaşdırılacağı istisna edilmir.

Habelə "ZuXEL" nümayəndəsinin sözlərinə görə, şirkət Azərbaycanın telekommunikasiya bazarının korporativ seqmentinə çıxmağa hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti