...

10 "Ailə TV" abunəçisi LCD televizor qazanacaq

Telekommunikasiya Materials 19 Dekabr 2012 10:34 (UTC +04:00)
Daim öz abunəçilərinə müxtəlif həvəsləndirici kampaniyalar təklif edən, "Ailə TV" kabel televiziyası operatoru, "Ailə-yə qoşul, LCD televizor qazan" lotereyasını keçirir.
10 "Ailə TV" abunəçisi LCD televizor qazanacaq

Trend-i buradan izləyin

Daim öz abunəçilərinə müxtəlif həvəsləndirici kampaniyalar təklif edən, "Ailə TV" kabel televiziyası operatoru, "Ailə-yə qoşul, LCD televizor qazan" lotereyasını keçirir.

Dekabrın 20-sində keçiriləcək lotereyanın növbəti tirajı zamanı 10 LCD televizor oynanılacaq. Abunəçilərin qazandığı mükafatlar onlara çəkilişdən dərhal sonra təqdim olunacaq. Lotereya verilişinin özü isə dekabrın 21-də "Ailə TV Kinozal" telekanalında yayımlanacaq.

Aksiyanın keçirilmə qaydalarına əsasən, lotereyada rəqəmsal yayıma qoşulan bütün abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma CAM Modul üzərindən qoşulan abunəçilər iştirak edəcəklər.

"Ailə-yə qoşul, LCD televizor qazan" lotereyası hər ilin sonunda, Yeni il bayramı ərəfəsində keçiriləcək və hər il bir tiraj oynanılacaq. Hər tirajın mükafat fondu 10 LCD televizor təşkil edəcək.

Lotereyada hədiyyə qazanmayan abunəçilər yeni tirajlarda iştirak etmək imkanı qazanacaqlar və bununla da abunəçi qalib gəlnədək lotereyada iştirak edəcək.

Lotereyanın keçirilmə qaydalarına uyğun olaraq, rəqəmsal yayımı izləyən abunəçilər rəqəmsal dəstində olan "SMART" kartın unikal nömrəsinin son 5 rəqəmi lotereya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti