...

İcazələrin elektron informasiya portalından istifadə edənlərin sayı 87 mini ötüb

Telekommunikasiya Materials 12 Fevral 2013 16:23 (UTC +04:00)
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını yanvar ayında 12 300-dən çox internet istifadəçisi ziyarət edib.
İcazələrin elektron informasiya portalından istifadə edənlərin sayı 87 mini ötüb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını yanvar ayında 12 300-dən çox internet istifadəçisi ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, internet istifadəçilərinin 400-dən çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, İsrail, Belçika, İsveç, Ukrayna, Çexiya, Lüksemburq, Polşa, Qazaxıstan, Tacikistan, Cənubi Koreya, Kanada kimi ölkələrdəndir. Ölkə xaricindən daxil olmuş müraciətlər arasında Qərbi Avropa ölkələri üstünlük təşkil edir.

Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 87000-dən çox internet istifadəçisi yararlanıb.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Ümumilikdə, 102 qanunvericilik aktının layihəsinin, o cümlədən yanvar ayında 5 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti